Tez-tez məndən soruşurlar:
“İlham Pərin var?”
Necə bilirsən, onlara sənin adını demək olar?
Yaxşı, qorxma,
Qulaqlarını da çəkmə.
Anlamıram, səndə bu nə təşvişdir?
Bir zarafat idi, dedim, bitdi.
Yoxsa ki, Sən və Pəri –
Heç ağlasığan işdir?
23 yanvar, 2010