BDU-nun həyətində illərdir abidə ilə
əvəz olunacağını gözləyən qara daşa…
İllər boyu susub duran qara daş
Bəs niyə görəsən qorxudur səni?
Üstündə yazılan silinməz yaddaş…
Qəlbini narahat eləyir yəni?
Bu daş ürəyindən asılıb yoxsa?
Çıxarıb onu da ata bilmirsən.
Bu daşda əcəlin yazılıb yoxsa?
Ay bədbəxt, bir daşa bata bilmirsən.
Bir gün bu daşı da məhv edə bildin,
Sevinmə, qəlblərə əlin ki yetməz.
Bəlkə tarixim tək bunu da sildin,
Ürəkdə yazılan silməklə getməz.