Bezdim
Hər gün ölən ümidlərimə
Yas tutmaqdan,
Qəm yeməkdən,
Qara geyməkdən,
Ağı deməkdən!
Hər şey tezliklə dəyişsəydi…
Mən ölər,
Sən isə
Bayram edər,
Ürəkdən gülər,
Əlvan geyinib,
Kefin istəsə, mahnı oxuyardın:
“Ay bəri bax, bəri bax…”
Mən də baxaram
Sənə.
Yenə.
Yuxarıdan.
Heyran-hayran.
21.02.2011