(Həyataxır çərşənbələr)
Heraklit belə bircə dəfə də üzə bilməz
Bu çayda.
Axını elə güclü, qayalar dözə bilməz.
Bu qayda!
Bu çay hər gün göz yaşımla durulur,
Nə fayda?
Mən ki bilmirəm, hara axır, burulur…
Bu tayda
Durub ah çəksəm, quruyar. Batsam onda,
Harayda
“Məni xilas et” demərəm sənə. Sonda,
Bir pay da:
“Su çərşənbən mübarək!” – Mən nə hayda, sən
Nə hayda…
22.02.2011