Üzərində uçuşan mələyin qanadı yandı hərarətindən,
Üzü qaraldı səni soyuqdan qoruya bilmədiyi üçün xəcalətindən.
Özünü qınama,
“Bu xəstəlik zəhrimara qalsın” deyə.
Eybi yox, istər yansın o mələk,
İstər çəkilsin göyə.
Sən tək qal!
Onsuz da deyilsən onun möhtacı.
Bir də ki,
Mələyin mələyə nə ehtiyacı?
26.02.2011