Qarşıda tonqal var, bilirəm,
Məni, mənim kimi milyonlarla günahkarı gözləyən.
Cəhənnəm tonqalı!
Gözlə məni, mən gəlirəm.
Bir odun da məndən.
Daha doğrusu, mən!
Bəlkə, alovuna şiddət qatacaq ruhum, cismim.
Bəlkə milyonların içində yox kimi olacaq ismim.
Dilim-dilim qalxan şölələrinə qatılacağam,
Üzərindən deyil, içinə atılacağam
“Ağırlığım-uğurluğum bu alova!” deyərək.
Həyatın çətinlikləri, öz günahlarım bu alova düşəcək,
Yanacaq, yanacaq…
Bu dünyada isə hələ də təbrik edirlər:
“Od çərşənbən mübarək!
Arzulayıram daimi yanan od-ocaq!”
1.03.2011